Modern.az

Ədliyyə nazirinin müavini gürcüstanlı həmkarı ilə görüşdü - FOTO

Ədliyyə nazirinin müavini gürcüstanlı həmkarı ilə görüşdü - FOTO

2 Noyabr 2023, 14:47

Gürcüstanda səfərdə olan ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə polkovniki Mirsaleh Seyidov bu ölkənin ədliyyə nazirinin müavini Beka Caniaşvili ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüşdə iki ölkənin hüquq-mühafizə, xüsusən də ədliyyə orqanları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

 

Söhbət zamanı Tbilisidə “Məhbusların və məhkumların reabilitasiyası və yenidən sosiallaşması prosesində yeniliklər” mövzusunda keçirilən beynəlxalq konfransın əhəmiyyəti qeyd edilib.

 

Bildirilib ki, bu cür görüşlər həm beynəlxalq təşkilatlar, həm də ikitərəfli əməkdaşlığı daha da genişləndirir və möhkəmləndirir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı