Gürcüstan Müdafiə Nazirliyi sistemində Azərbaycan modeli tətbiq ediləcək.
Modern.az xəbər verir ki, ölkə parlamenti Müdafiə Məcəlləsinə dəyişikliyi üçüncü oxunuşda 79 səslə qəbul edib.
Layihə məcəllənin keçid normasının dəyişdirilməsini nəzərdə tutur.
Dəyişikliyə əsasən, 2024-cü il yanvarın 1-dən hərbi qeydiyyata alınma, çağırışçıların milli hərbi xidmətinin və səfərbərlik zamanı ehtiyatda olanların hərbi xidmətinin təşkili ilə bağlı məsələlər mərkəzləşdirilmiş qaydada, vahid sistemdə həyata keçiriləcək. Bunun üçün Gürcüstanın Müdafiə Nazirliyinin sistemində Azərbaycan modelinin yaradılması nəzərdə tutulur.