Modern.az

Anklavlar məsələsi müzakirə ediləcək

Anklavlar məsələsi müzakirə ediləcək

Aktual

2 Noyabr 2023, 18:31

“Anklavlar məsələsi dəfələrlə xatırlanıb, bildirilib ki, əgər hüquqi əsası varsa, ikitərəfli razılaşmalarda qeydiyyata və xəritəyə alınıbsa, bu, Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası çərçivəsində müzakirə ediləcək”.

 

Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Hakop Arşakyan deyib.

 

O qeyd edib ki, hər iki tərəfin istifadə edə biləcəyi xəritələr var.

 

“Yəni burada qaranlıq otaqlar, künclər axtarmağa ehtiyac yoxdur”, - Arşakyan bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı