Modern.az

Balakəndə 2 “Kalaşnikov\", 5 ov tüfəngi AŞKARLANDI

Balakəndə 2 “Kalaşnikov\

3 Noyabr 2023, 08:48

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyatlar keçirilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, keçirilən əməliyyatlar zamanı Gərəkli kəndi ərazisində 2 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silahlara məxsus 2 sandıqça və 57 ədəd patron aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülüb.

 

Polis şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində isə rayon sakinləri – Mahir Ağcayevdən, Salim Umrayevdən və Ramiz Ömərovdan qanunsuz saxladıqları nömrəsi silinmiş 3 ədəd “İJ” markalı ov tüfəngi götürülüb.

 

Faktlarla bağlı araşdırmalar aparılır.

 

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı