Modern.az

Hava şəraiti ilə bağlı qazın istehlakı azalıb - “Azəriqaz”

Hava şəraiti ilə bağlı qazın istehlakı azalıb - “Azəriqaz”

Aktual

3 Noyabr 2023, 11:35

SOCAR “Azəriqaz” İstehsalat Birliyi üzrə 2 noyabr 2023-cü il tarixində respublika ərazisində ümumi sutkalıq təbii qazın qəbulu 14 milyon 82 min kubmetr təşkil edib.

 

Modern.az xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İB-nin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib.


Şöbə rəisinin sözlərinə görə, Bakı şəhəri və Abşeron yarımadası üzrə qəbul 9 milyon 521 min kubmetr, regionlar üzrə isə bu rəqəm 4 milyon 561 min kubmetr təşkil edib.

 

Rasim Əhmədov qeyd edib ki, ötən ilin müvafiq tarixinə qazın qəbulu üzrə göstərici 20 mln. kubmetr səviyyəsində olub. Beləliklə, ötən ilin müvafiq göstəricisi ilə müqayisədə bu ilin 2 noyabr tarixinə “Azəriqaz” 6 mln. kubmetr az qaz qəbul edib, bu da temperatur şəraiti ilə bağlıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı