Modern.az

Tokayev Makronu “Etnoaul”da gəzdirib - FOTO

Tokayev Makronu “Etnoaul”da gəzdirib - FOTO

Aktual

3 Noyabr 2023, 12:11

Fransa prezidenti Emmanuel Makron bu günlərdə Qazaxıstan səfəri zamanı həmkarı Qasım-Jomart Tokayevin təklifilə “Etnoaul” sərgisini ziyarət edib.

Modern.az xəbər verir ki, Prezidentin mətbuat xidmətinin məlumatına görə, Makronun Qazaxıstana rəsmi səfəri münasibətilə qazax xalqının zəngin mədəni irsini təqdim edən “Etnoaul” adlı xüsusi sərgi təşkil olunub.

Sərgidə dövlət başçılarını Gənc Tamaşaçılar Teatrının və “Qorkıt” etno-folklor ansamblının artistləri qarşılayıblar.

Qasım-Jomart Tokayev və Emmanuel Makron “Yaşıl bazar” meyvə bazarını gəzib, xalq sənətkarlığı, Qazaxıstan təsviri sənəti ustalarının əsərləri, eləcə də yerli dizaynerlər tərəfindən hazırlanmış milli geyim kolleksiyası ilə tanış olublar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı