Modern.az

Aeroporta gedən avtobusun qrafiki dəyişdi

Aeroporta gedən avtobusun qrafiki dəyişdi

Aktual

3 Noyabr 2023, 12:42

“BakuBus” MMC Heydər Əliyev Beynəlxalq Hava Limanına hərəkət edən ekspres avtobus marşrut xəttinin hərəkət qrafikində dəyişiklik edib.
 

Modern.az xəbər verir ki, bu barədə “BakuBus” MMC məlumat yayıb.
 

Bildirilib ki, “Hava limanı – “Koroğlu” metro stansiyası – “28 may” metro stansiyası” marşrutu üzrə fəaliyyət göstərən “Aeroport Express” noyabrın 1-dən etibarən 30 dəqiqə hərəkət intervalı ilə gecə saat 01:00-ə qədər fəaliyyət göstərməyə başlayıb.
 

İndiyə qədər həmin avtobuslar 1 saatlıq intervalla saat 06:00-dan 00:00-a qədər xidmət göstərirdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı