Modern.az

İstedadların Himayə Fondu yaradılmalıdır - Deputatdan təklif

İstedadların Himayə Fondu yaradılmalıdır - Deputatdan təklif

Aktual

3 Noyabr 2023, 15:22

"İstedadların Himayə Fondu yaradılmalıdır".

 

Modern.az xəbər verir ki, bu təkliflə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa deyib.

 

O bildirib ki, istedadları üzə çıxarmaq üçün mühit formalaşdırılmalıdır.

 

"Müxtəlif sahələrdə çalışan istedadlar üzə çıxarılmalıdır. Onların istedadlarının müyyən komissiyalar vasitəsilə müəyyənləşdirilməsi lazımdır".

 

Millət vəkili onu da qeyd edib ki, bu gün Balaxanı, Savalan və Zabratda 500 minə yaxın insan yaşayır, lakin bir dənə də musiqi məktəbi yoxdur:

 

"Həmin ərazilərdə yaşayan uşaqlar musiqi öyrənmək üçün uzaq ərazilərdə yerləşən məktəblərə gedirlər. Bu istiqamətdə də addım atılmalıdır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı