Qazaxıstanın Baş naziri Əlixan Smailov Çinə səfər edib.
Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan hökuməti məlumat yayıb.
“Əlixan Smailovun ÇXR Dövlət Şurasının Baş naziri Li Tsyan ilə aparılacaq danışıqlar zamanı ticarət-iqtisadi əməkdaşlıq məsələlərinin geniş spektrinin müzakirəsi planlaşdırılır”, – məlumatda deyilir.
Qeyd edək ki, Smailov Şanxayda 6-cı Çin Beynəlxalq İdxal Malları Sərgisinin açılışında da iştirak edəcək və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə birlikdə burada təqdim olunan milli pavilyonlarla tanış olacaq.