1993-cü ilin avqustun 29-da müstəqil Azərbaycanda sayca ikinci referendum baş tutub. Referendumda vətəndaşlardan sadəcə bir sual soruşulurdu: "Siz Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəyə etimad göstərirsinizmi?".
Referendum bülletenində iki cavab var idi: "Bəli" və "Xeyr". Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçicilərin 97,5 faizi birinci cavabı seçmişdi. Referendumun ardınca Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərar qəbul edildi.
Modern.az xəbər verir ki, türkiyəli mərhum jurnalist Mehmet Ali Birandın "32-cü gün" proqramında həmin referendumla bağlı veriliş hazırlanıb.
Verilişdə referendumla bağlı nadir kadrlar yer alıb. Həmin kadrların birində referendumun nəticələri açıqlanır. Nəticələri oxuyan şəxs isə Lalə Şövkətdir. Həmin vaxt xanım siyasətçi Azərbaycanın Dövlət Katibi idi.
Daha sonra o, Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatındaki Daimi Nümayəndəsi təyin edilib. Ardınca hakimiyyətdən uzaqlaşaraq Azərbaycan Liberal Partiyasını təsis edib.
Həmin görüntüləri təqdim edirik: