Modern.az

“Hökumət buludu”na keçən qurumların sayı artdı

“Hökumət buludu”na keçən qurumların sayı artdı

Aktual

4 Noyabr 2023, 11:28

Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin informasiya sistemləri və ehtiyatları “Hökumət buludu”na keçəcək.

 

Modern.az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planına dəyişiklik edib.

 

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na keçidinin təşkil olunması istiqamətində aidiyyəti üzrə zəruri tədbirlərin görülməsini təmin etməlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı