Modern.az

Vətən müharibəsi türk dünyasında oyanışa səbəb oldu - Cavanşir Feyziyev

Vətən müharibəsi türk dünyasında oyanışa səbəb oldu - Cavanşir Feyziyev

Aktual

4 Noyabr 2023, 11:18

“2020-ci ilə qədər də türkdilli ölkələrin təşkilatı da var idi. Yaranışından 2020-ci ilə qədər olan münasibət  və yaxud 2020-ci ildən sonra bu ölkələr arasındakı münasibət olduqca fərqldir. Bu ondan irəli gəlir ki, 2020-ci ildə Azərbaycan Qarabağ problemini tamamilə həll etməklə məsələnin prizmasını dəyişdi. 44 günlük müharibə türk dünyasında bir oyanışa səbəb oldu”.

 

Modern.az xəbər verir ki, bu fikirləri AzTV-nin efirində millət vəkili Cavanşir Feyziyev bildirib.

 

Millət vəkili əlavə edib ki, hətta türk dövlətlərinin başçılarından biri İrəvanda uydurma erməni soyqırım abidəsini ziyarət etmişdi.

 

“Amma bu gün türk dünyasının birliyininə baxın. Bütün türk dövlətlərində anladılar ki, onların nicatı türk dövlətlərinin birliyindədir.”-deyə Cavanşir Feyziyev bildirib.

 

Daha ətraflı videomatrealda:

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı