Modern.az

Türkiyə səfirindən Azərbaycanla bağlı ÇAĞIRIŞ

Türkiyə səfirindən Azərbaycanla bağlı ÇAĞIRIŞ

4 Noyabr 2023, 12:06

“Türkiyə 40 ildir ki, terror teşkilatı ilə mübarizə aparır. Bu baxımdan Türkiyə həm terrorla mübarizədə, həm də mina təmizləmə işində kifayət qədər təcrübəlidir”. 


 
Modern.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı noyabrın 4-də Milli Məclisdə “Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

 

“Biz beynəlxalq təşkilatları mina problemi ilə mübarizə məsələsində Azərbaycana dəstək verməyə çağırırıq. Bildirim ki, 44 günlük Vətən müharibəsindən sonra Türkiyə Azərbaycana mina təmizləmə işlərində öz dəstəyini göstərir və bu dəstək son mina bu torpaqlardan təmizlənənədək davam edəcək”, - o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi