Modern.az

Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa önəm verir - Mixalko

Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa önəm verir - Mixalko

4 Noyabr 2023, 12:26

Azərbaycan üçün ərazilərin minalardan təmizlənməsi prioritet məsələlərdəndir. 


Modern.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko “Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda parlamentdə keçirilən ictimai dinləmə zamanı deyib. 

 

“Avropa İttifaqı digər məsələlərdə olduğu kimi mina təhlüksi ilə mübarizədə Azərbaycanla əməkdaşlığa önəm verir. Biz vətəndaş cəmiyyətləri ilə yaxından əməkdaşlıq edirik. Təbii ki, mina təhlükəsi məsələsi də bura daxildir. Avropa İttifaqı Azərbaycan hökumətinin mina təhlükəsinin aradan qaldırılması işini dəstəkləyir və dəstəkləyəcək”,-deyə o bildirib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi