Modern.az

Erməni kilsəsi qondarma “Artsax yeparxiyası” barədə qərar verdi

Erməni kilsəsi qondarma “Artsax yeparxiyası” barədə qərar verdi

4 Noyabr 2023, 12:58

Bütün ermənilərin katolikosu II Qareginin rəhbərliyi ilə Ermənistan Ali Ruhani Şurasının iclası keçirilib.

Modern.az xəbər verir ki, bu barədə katalikosun mətbuat xidməti məlumat yayıb.

İclasda erməni din xadimlərinin müzakirəsindən sonra belə qərara gəlinib ki, Qarabağ Azərbaycanın nəzarətinə keçsə də, qondarma “Artsax yeparxiyası” ləğv edilməsin.

"Artsax yeparxiyası ləğv edilməyəcək, lakin bəzi funksiyalar dəyişdiriləcək. Bu, ürəyimizdə yenidən Artsaxa qayıtmaq arzusunun olacağı anlamına gələcək", - qondarma “Artsax yeparxiyası”nın rəhbəri  yepiskop Vrtanes Abrahamyan bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım