Modern.az

Bakıdan Ağstafaya gecə qatarı AÇILIR

Bakıdan Ağstafaya gecə qatarı AÇILIR

4 Noyabr 2023, 13:14

Bayram günlərində Bakıdan Ağstafaya gecə qatarı ilə səfər etmək mümkün olacaq. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını nəzərə alaraq 7-12 noyabr tarixlərinə əlavə reyslər təyin edib.

 

QSC-dan Modern.az-a verilən məlumata görə, 7-11 noyabrda Bakıdan 23:55-də yola düşən qatar Ağstafaya 06:23-də çatacaq.

 

Məlumata görə, 8-12 noyabrda Ağstafadan saat 09:00-da yola düşən qatar Bakıya 15:29-da çatacaq.

 

Biletləri ady.az-dan və kassalardan əldə edə bilərsiniz.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım