Modern.az

Mirzoyan Paşinyanın “Sülh kəsişməsi” layihəsini alman nazirə GÖSTƏRDİ

Mirzoyan Paşinyanın “Sülh kəsişməsi” layihəsini alman nazirə GÖSTƏRDİ

4 Noyabr 2023, 13:58

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda səfərdə olan Almaniyanın xarici işlər naziri Analena Berbokla görüşdə “Sülh kəsişməsi” layihəsini təqdim edib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in sözçüsü Ani Badalyan “X” səhifəsində bildirib.

Onun sözlərinə görə, Mirzoyan layihəni Ermənistanın işləyib hazırladığı təşəbbüs kimi təqdim edib.

Erməni nazir alman həmkarına bu proqramı təkcə region və yaxın qonşular üçün sülh zamanəti deyil, həm də daha geniş bir coğrafiya üçün iqtisadi cəhətdən faydalı ola biləcək təşəbbüs kimi təqdim edib.

Xatırladaq ki, bir nüçə gün öncə Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan baş nazirlərinin iştirakı ilə keçirilən İpək Yolu Beynəlxalq Forumunda Nikol Paşinyan sülh üçün tezislərini səsləndirib.

O, "Sülhün kəsişməsi" adı altında təqdim etdiyi layihədə regional kommunikasiyaların açılmasını, fəal iqtisadi, siyasi və mədəni məsələləri vahid paketdə göstərib. Paşinyan deyib ki, bu layihənin əsas mənası Ermənistan, Türkiyə, Azərbaycan və İran arasında kommunikasiyaların inkişafıdır.

Əslində isə Paşinyanın layihəsində heç bir yenilik yoxdur və bu təklifinin altında bəzi siyasi məqsədlər yatır. Onun irəli sürdüyü təşəbbüsləri Azərbaycan üç ildir ki, gündəmə gətirsə də, Ermənistan hakimiyyəti müxtəlif bəhanələrlə sülh sazişini imzalamaqdan yayınır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR