“Onlayn Azərbaycan” layihəsi çərçivəsində Bakı şəhəri və regionlarda telekommunikasiya şəbəkəsinin GPON (gigabit passiv optik şəbəkə) və simsiz texnologiyalar əsasında modernləşdirilməsi, sürətli və kəsintisiz fiber-optik şəbəkənin qurulması nəticəsində sabit genişzolaqlı internet abunəçilərinin sayına da ciddi təsir göstərib. Son bir ildə sabit genişzolaqlı internet abunəçilərinin sayı 150,2 min abunəçi artaraq 1,441,5 min abunəçiyə yüksəlib.
Modern.az-ın xəbərinə görə, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin açıqladığı “Azərbaycanda Rəqəmsal İnkişaf: faktlar, təhlillər, rəqəmlər” hesabatında qeyd olunub.
Sabit genişzolaqlı internet abunəçilərinin sayı 2018-ci ildə 753, 2019-cu ildə 897, 2020-ci ildə 1 160, 2021-ci ildə 1 291, 2022-ci ildə isə 1 442 olub.
Sabit genişzolaqlı internet abunəçilərinin sayı 2018-ci il illə müqayisədə 2022-ci ildə 1,9 dəfə artıb. Hər 100 nəfərə düşən sabit internet abunəçilərinin sayı 2018-ci ildə 7.7, ötən il isə 14.3 olub.