Modern.az

Xalq daha yaxşı yaşamağa layiqdir - Nazir müavini

Xalq daha yaxşı yaşamağa layiqdir - Nazir müavini

Aktual

4 Noyabr 2023, 16:10

Xalq daha yaxşı yaşamağa layiqdir.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.

 

"Xalqın rifahının yüksəlməsi üçün hər bir kəs çalışmalıdır ki, öz sahəsində əlindən gələni eləsin. Büdcə müzakirələrində çıxış edən millət vəkillərinin əksəriyyəti büdcə proqnozları ilə bağlı məsələyə münasibət bildirərkən onların real olduğunu qeyd edirlər, öz təkliflərini verirlər. Çıxış edənlərin çoxu xərclərin artırılmasından danışırlar. Bu doğrudan da təbiidir. Belə də olmalıdır", - deyə o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı