Modern.az

Ağdamda, Şuşada dağılmış yerləri görmək kədərlidir

Ağdamda, Şuşada dağılmış yerləri görmək kədərlidir

4 Noyabr 2023, 19:58

Ağdamda, Şuşada dağılmış binaları, yaşayış yerlərini görmək həqiqətən də kədərlidir. Dünyanın bir çox yerində olmuşam, müharibəni və müharibədən sonrakı vəziyyəti, oxşar tarixi bir neçə yerdə görmüşəm. Müharibə və qarşıdurmalar həmişə ürəyimi parçalayır. Bu binalar, bu evlər bir tarixdir və tarixi məhv etmək çox üzücüdür.

 

Modern.az xəbər verir ki, bu sözləri Ağdamda AZƏRTAC-a müsahibəsində Küveytdən gəlmiş səyyah Bader Alşuaib söyləyib.

 

Qarabağ bölgəsinə ilk dəfə səfər etdiyini bildirən Küveytli səyyah deyib: “Mən tarixi öyrənmək üçün buradayam. Buranın keçmişini gördüm və indi gələcəyinin necə olacağının az da olsa təsəvvür edirəm. Burada gördüyüm odur ki, Azərbaycan hökuməti bu regionda daha parlaq gələcək qurur. Əgər investisiya şirkətləri buradakı turizm sektoruna maraq görsətsələr, əminəm ki, regionda turizmi inkişaf etdirmək üçün yaxşı potensial var”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım