Azərbaycan Ermənistandan sülh müqaviləsinin bağlanması istiqamətində növbəti təkliflər paketini gözləyir.
Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə keçirdiyi mətbuat konfransında deyib.
"Tehranda da görüş planlaşdırılması da, Ermənistan XİN başçısı ilə görüş keçirdik. Bu Azərbaycan tərəfinin təşəbbüsü idi. Ermənistanlı həmkarımla 40 dəqiqəyə yaxın təkbətək görüş keçirildi. Ona görə də əsas odur ki, Azərbaycanla Ermənistanın iradəsi olsun", - o bildirib.