Modern.az

Almaniya Azərbaycana layihə təqdim edib 

Almaniya Azərbaycana layihə təqdim edib 

4 Noyabr 2023, 21:28

Demarkasiya prosesi kifayət qədər mürəkkəbdir. Biz xəritələr barədə danışdıq.

 

Modern.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

 

Nazir bildirib ki, Almaniya və Avropa İttifaqı hər iki ölkəni sülh yolunda dəstəkləməyə hazırdır.

 

"Avropa formatında müzakirə regiona uzunmüddətli sülh gətirə bilər. Növbəti görüş üçün perspektivimiz var. Biz etimadın qurulması üzərində işləyəcəyik. Qarabağ və onun ətrafında minalanmış ərazilər var. Bundan minlərlə insan həlak olur. Bu hadisələrdən adamın ürəyi parçalanır. Bu barədə bizə məlumat verildi. Biz Azərbaycana minatəmzilənmə prosesində dəstək vermək istəyirik. Mən minalardan təmizlənmə layihəsini azərbaycanlı həmkarıma təqdim etdim. Ottava Konvensiyasının təşviqində Azərbaycala əməkdaşlığımız vacibdir. Azərbaycan bizə ermənilərin Qarabağa qayıtması ilə bağlı müsbət siqnallar verir, bu mənə optimizm verir"- qeyd edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım