Modern.az

REAL partiyası qurultay keçirdi - 8 nəfərlik komitə

REAL partiyası qurultay keçirdi - 8 nəfərlik komitə

5 Noyabr 2023, 17:12

Bir neçə ay öncə təkrar qeydiyyata alınan Respublikaçı Alternativ (REAL) partiyası qurultay keçirib.

 

Modern.ax xəbər verir ki, bu barədə partiyanın sədri İlqar Məmmədov məlumat verib.

 

O bildirib ki, Respublikaçı Alternativ partiyasının rəhbər orqanı olan Siyasi Komitəsinə 8 üzv, Siyasət Təşəbbüsləri Komissiyasına 6 üzv, Nəzarət Təftiş Komissiyasına isə 3 üzv seçilib.

 

Siyasi Komitənin tərkibində İlqar Məmmədov, Erkin Qədirli, Natiq Cəfərli, Rəsul Cəfərov, Elçin Əliyev, Zöhrab Əliyev, Toğrul İsgəndərli və Mahmud Məmmədov təmsil olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR