Modern.az

Ərdoğandan CHP-dəki lider dəyişikliyinə münasibət

Ərdoğandan CHP-dəki lider dəyişikliyinə münasibət

5 Noyabr 2023, 17:21

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ana müxalifət olan Cümhuriyyət Xalq Partiyasında (CHP) lider dəyişikliyinə münasibət bildirib.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğanın sözlərinə görə, CHP-yə yeni lider seçilməsi heç nəyi dəyişməyəcək. O bildirib ki, Türkiyə müxalifəti terrorçuları dəstəkləyir:

 

“Dünən ana müxalifət partiyasının qurultayı keçirilib. Hörmətli Kamal (Kılıçdaroğlu) kiminlə vidalaşdı? O, Ədirnədə terrorçuların liderinə “sağol” deyib. Onların bir-birindən heç bir fərqi yoxdur. Onlar terror təşkilatları ilə çiyin-çiyinə gedirdilər”.

 

Qeyd edək ki, Türkiyədə ana müxalifət partiyasına yeni sədr seçilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR