Xəbər verdiyimiz kimi, Türkiyənin ana müxalifətinin - Cümhuriyyət Xalq Partiyasının (CHP) yeni sədri seçilib. Şənbə günü keçirilən seçkilərdə CHP-nin parlament fraksiyasının rəhbəri Özgür Özel partiyanın 13 illik sədri Kemal Kılıçdaroğlunu əvəzləyib.
Modern.az-ın məlumatına görə, CHP-nin 49 yaşlı yeni sədri Özgür Özel azərbaycanlılara da tanış simadır. Belə ki, o, bu ilin may ayında keçirilən prezident seçkiləri ərəfəsindəki videoçıxışlarının birində Azərbaycan haqda aşağılayıcı fikir söyləmiş “10 il sonra zəkat, fitrə verə bilmək üçün Azərbaycana gidiləcək" söyləmişdi.
Həmin videonu təqdim edirik: