Modern.az

Köçəryanın oğluna deputat mandatı VERİLDİ - YENİLƏNİB

Köçəryanın oğluna deputat mandatı VERİLDİ - YENİLƏNİB

6 Noyabr 2023, 15:20

Ermənistan Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, Levon Köçəryan “Hayastan” fraksiyasından deputat mandatı alıb.

“Mərkəzi Seçki Komissiyası qeyd edir ki, parlamentin “Hayastan” blokunun deputat Levon Roberti Köçəryana verilib”, - deyə Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Hovakimyan bildirib.

Modern.az- xəbər verir ki, Levon Köçəryan rmənistanın ikinci prezidenti Robert Köçəryanın həbsdə saxlanılan kiçik oğludur.

Xatırladaq ki, Levon Köçəryanın hüquq komandasının açıqlamasına görə, 2023-cü il noyabrın 6-da deputat statusu aldığı andan onu həbsdə saxlamaq olmaz.

***

Ermənistan Mərkəzi Seçki Komissiyası bu gün, noyabrın 6-da saat 15:00-a iclas təyin edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, iclasda parlament deputatının mandatının verilməsi haqqında protokolun tərtib edilməsi nəzərdə tutulub.

Mandat “Hayastan” fraksiyasından Ermənistanın ikinci prezidenti Robert Köçəryanın hazırda həbsdə olan kiçik oğlu Levon Köçəryana veriləcək.

2023-cü il noyabrın 3-də məlum olub ki, “Hayastan” blokunun seçki siyahısında deputatlığa üç namizədi- Miqrdat Madatyan, Angela Nalbandyan və Gerasim Vardanyan MSK-ya parlamenmtdə boşalan deputat yerindən imtina ərizələri ilə müraciət ediblər. Buna əsasən, mandatın blokun siyahıdakı növbəti namizədi  Levon Köçəryana verilməsi qərara alınıb.


“Deməli, deputat statusu olmayan və qeyri-qanuni həbsdə olan Levon Köçəryan noyabrın 6-da deputat statusu aldığı andan həbsdə saxlanıla bilməz”, - Köçəryanın vəkilləri qeyd ediblər.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR