Modern.az

Sanitariya-gigiyena qaydalarını pozanlar cərimələndi

Sanitariya-gigiyena qaydalarını pozanlar cərimələndi

6 Noyabr 2023, 14:00

Bakının Nərimanov rayonunda yeyinti məhsullarının istehsalı zamanı sanitariya-gigiyena qaydalarını pozan şəxslər cərimə ediliblər.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının, habelə yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qeyd edilən normalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə profilaktik tədbirlər keçirilib.

 

Nəticədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələbələrinin pozulması faktları aşkar olunub.

 

Tədbirlərlə 6 şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbini pozduğuna görə barələrində inzibati məsuliyyət tədbirləri görülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR