Modern.az

Qarabağda ötən həftə aşkarlanan minaların SAYI

Qarabağda ötən həftə aşkarlanan minaların SAYI

6 Noyabr 2023, 15:26

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

 

Modern.az xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib.

 

Bildirilib ki, azad olunan ərazilərdə oktyabrın 30-dan noyabrın 5-dək olan müddətdə 24 tank əleyhinə mina, 32 piyada əleyhinə mina, 649 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.

 

Həmçinin, 1536,9 hektar ərazi minadan təmizlənib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR