Modern.az

Bu məsələdə mövqeyimiz aydındır - XİN rəhbəri

Bu məsələdə mövqeyimiz aydındır - XİN rəhbəri

6 Noyabr 2023, 14:48

Biz həmçinin, Qara dəniz sualtı elektrik kabel layihəsinin reallaşdırılmasının sürətləndirilməsi barədə səylərimizi müzakirə etdik.

 

Modern.az xəbər verir ki, bu barədə Rumıniya xarici işlər naziri Luminitsa Odobesku Buxarestdə azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

 

“Mən Rumıniyanın Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşdırılmasını dəstəklədiyini bəyan etdim. Bu məsələ ilə bağlı mövqeyimiz aydındır: biz beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq qalan məsələlərin davamlı danışıqlar yolu ilə həllini dəstəkləyirik.

 

Mən vasitəçilik prosesində Aİ Şurasının Prezidentinin himayəsi altında keçirilən müzakirələrdə Rumıniyanın marağını da ifadə etmək istərdim. Cənubi Qafqaz regionu Rumıniya üçün vacibdir, çünki bu region Qara dənizin digər sahilində yerləşir və qonşu regiondur.

 

Regionda sülh və sabitlik çiçəklənmə və inkişafın əsasında dayanır.

 

Biz hesab edirik ki, Aİ bu istiqamətdə daha vacib və substantiv rol oynaya bilər. Çünki onun siyasi iradəsi və imkanları var”, - XİN rəhbəri vurğulayıb.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR