Modern.az

Moldova hava limanında azərbaycanlı saxlanıldı

Moldova hava limanında azərbaycanlı saxlanıldı

6 Noyabr 2023, 16:32

Moldovada hava limanından qaçan azərbaycanlı saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Sputnik Moldova” məlumat yayıb.

 

Məlumatda deyilir ki, ölkəyə buraxılmadığı üçün Kişinyov hava limanından qaçan Azərbaycan vətəndaşı Moldova polisi tərəfindən tapılıb.

 

Qeyd edək ki, bu gün səhər Moldova paytaxtı Kişinyovda hava limanında bir nəfər azərbaycanlının ölkəyə girişinə icazə verilməyib. Bu səbəbdən həmin şəxs turniketlərdən keçərək hava limanından qaçıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım