Modern.az

Rəşad Nəbiyevin Salyanda vətəndaş qəbulunun vaxtı dəyişdi

Rəşad Nəbiyevin Salyanda vətəndaş qəbulunun vaxtı dəyişdi

6 Noyabr 2023, 16:28

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

 

Bu barədə Modern.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

 

Rəşad Nəbiyev vətəndaşları Salyan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində 21 noyabr 2023-cü il tarixində saat 09:30-da qəbul edəcək.

 

Qəbula 20 noyabr 2023-cü il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

 

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım