Modern.az

Azərbaycan nümayəndəsi etimadnaməsini GUAM-ın Baş katibinə təqdim etdi

Azərbaycan nümayəndəsi etimadnaməsini GUAM-ın Baş katibinə təqdim etdi

6 Noyabr 2023, 17:12

Azərbaycanın GUAM-dakı nümayəndəsi Seymur Mərdəliyev etimadnaməsini GUAM-ın Baş katibi Altay Əfəndiyevə təqdim edib.

 

Modern.az xəbər verir ki, bunu diplomat “X” hesabında yazıb.

 

“Azərbaycan GUAM-a sadiqdir və bu qurum çərçivəsində əməkdaşlığa töhfə verməkdə davam edəcək”,- S.Mərdəliyev bildirib.

 

Qeyd edək ki, S.Mərdəliyev eyni zamanda Azərbaycanın Ukraynadakı səfiridir.

 

Xatırladaq ki, GUAM - Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat 1997-ci ildə yaradılıb. Hazırda təşkilata Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova daxildir. 1999-cu ildən 2005-ci ilədək Özbəkistan da təşkilatın üzvü olub. Təşkilatın adı üzv ölkələrin adlarının ingilis dilindəki baş hərflərindən əmələ gəlib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım