Modern.az

Baş nazirin Bakıya səfəri başa çatdı 

Baş nazirin Bakıya səfəri başa çatdı 

6 Noyabr 2023, 22:25

Xorvatiyanın Baş naziri Andrey Plenkoviçin Azərbaycana işgüzar səfəri başa çatıb.

 

Modern.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Xorvatiya Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

 

Baş nazir Andrey Plenkoviçi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım