Modern.az

Qüllədə köməksiz qalan şəxs xilas edildi

Qüllədə köməksiz qalan şəxs xilas edildi

Aktual

7 Noyabr 2023, 11:35

Bakıda qüllədə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.

Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin hündürlüyü təqribən 10 metr olan qüllədən düşürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində halsız vəziyyətdə olan vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım