Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon 23 saylı tam orta məktəbinin birgə təşkilatçılığı ilə Zəfər günü şanlı tariximizdir tədbiri keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin Başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon icra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehdiyev və məktəbin müəllim şagird kollektivi iştirak edirdi. Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirdi ki, bu gün Azərbaycan xalqı Vətən müharibəsində qazanılmış şanlı Qələbəmizin üçüncü ildönümünü - Zəfər Gününü böyük coşqu, sevinc və qürur hissləri ilə qeyd edir. Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanılıb.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kapitulyasiyasına nail nail olduq! Ali Baş Komandan İlham Əliyevin 20 illik prezidentliyi dövründə inanımız daha da artdı. 20 il ərzində Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab prezident İlham Əliyevin zamanında gələcəyə hesablanmış addımları sayəsində Azərbaycan öz gücünə ərazi bütövlüyünü bərpa etdi. Bu gün Ali Baş Komandan İlham Əliyev Xankəndində, Xocalı şəhərində, Əsgəran qəsəbəsində, Ağdərədə, Xocavənd şəhərində və Sərsəng Su anbarının ərazisində Azərbaycanın üçrəngli bayrağını ucaltdı.
Məktəbin direktoru Həqiqət Şükürova qonaqları salamlayaraq 8 Noyabr tarixinin Zəfər Günü kimi təntənəli səkildə qeyd edilməsindən qürür duyduqlarını, eyni zamanda hərbçilərimizin cəsarətindən, qəhrəmanlığından və Ali Baş Komandan, Prezident İlham Əliyevin Zəfər salnaməsindən bəhs etdi. Qeyd etdi ki, Bu misilsiz Qələbə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli iradəsi, uzaqgörənliyi, müdrik rəhbərliyi və dəqiq planları, həmçinin cəsarəti, şücaəti və müzəffər Ordumuza böyük inamı sayəsində qazanılıb.
Tədbirdə şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.