Modern.az

Ceyhun Bayramov Serbiyada Heydər Əliyevin abidəsini ziyarət etdi

Ceyhun Bayramov Serbiyada Heydər Əliyevin abidəsini ziyarət etdi

7 Noyabr 2023, 16:43

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Serbiya XİN-in dövlət katibi Qoran Aleksiç “Taşmaydan” parkında Ulu Öndərin abidəsini ziyarət edib və əklil qoyublar.

 

Modern.az xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin XİN başçısı Ceyhun Bayramovun Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə görüşünə dair məlumatda əks olunub.

 

Qeyd edilib ki, Ceyhun Bayramov və Xarici İşlər Nazirliyində dövlət katibi Qoran Aleksiçin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar Belqradın Dostluq parkında Çinar ağacları əkiblər. Daha sonra, nazir Ceyhun Bayramov və Serbiya XİN-in dövlət katibi “Taşmaydan” parkında Ulu Öndərin abidəsini ziyarət edib və əklil qoyublar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım