Modern.az

Nazirlər Kabinetindən İsraillə bağlı QƏRAR

Nazirlər Kabinetindən İsraillə bağlı QƏRAR

Aktual

7 Noyabr 2023, 22:57

Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyət göstərdikləri müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərin siyahısı genişlənib.

 

Modern.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.

 

Qərara əsasən, İsrail Dövləti bu siyahıya daxil edilib.

 

Bundan əvvəl bu siyahıda Əfqanıstan İslam Respublikası, İraq Respublikası, Liviya Dövləti, Suriya Ərəb Respublikası, Ukrayna və Fələstin Dövləti olub.

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım