Modern.az

Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşdı

Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşdı

Aktual

8 Noyabr 2023, 10:16

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

 

Modern.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 3,29 dollar və ya 3,63% azalaraq 87,42 ABŞ dollarına enib.

 

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım