Modern.az

Türkiyə MN Zəfər Gününü Azərbaycan himni ilə təbrik etdi

Türkiyə MN Zəfər Gününü Azərbaycan himni ilə təbrik etdi

8 Noyabr 2023, 10:57

Türkiyənin Milli Müdafiə Nazirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib.

 

Modern.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım olunub.

 

"Azərbaycan türkü qardaşlarımızı təbrik edir, salamlayırıq", - təbrikdə bildirilib.

 

Nazirliyin təbrik mətnində həmçinin Azərbaycan Dövlət himnindən bir hissəyə də yer verilib:

 

"Sən olasan Gülüstan, Sənə hər an can qurban,

Sənə min bir məhəbbət, sinəmdə tutmuş məkan.

Üç rəngrli bayrağınla məsud yaşa, Azərbaycan".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım