Modern.az

İlham Əliyev Xankəndidə hərbçilərlə görüşdü

İlham Əliyev Xankəndidə hərbçilərlə görüşdü

Aktual

8 Noyabr 2023, 13:12

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xankəndi şəhərində hərbçilərlə görüşüb.

 

Modern.az-ın xəbərinə görə, dövlət başçısı hərbçilərlə birgə xatirə şəkli çəkdirib.

 

Qeyd edək ki, noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım