Modern.az

Nurman Kurtulmuş Azərbaycan xalqını təbrik etdi

Nurman Kurtulmuş Azərbaycan xalqını təbrik etdi

8 Noyabr 2023, 15:30

“İşğal altındakı torpaqlarını qəhrəmancasına azad edən qardaş Azərbaycanın 8 Noyabr Zəfər Gününü təbrik edirəm”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Nurman Kurtulmuş özünün rəsmi “X” sosial media hesabında yazıb.

 

Sədr Qarabağ Qələbəsinin işğal altındakı torpaqları azad etməklə yanaşı, bölgədə arzuladığımız daimi sülh, sabitlik və əməkdaşlıq ümidlərinin yaranmasına səbəb olduğunu əlavə edib.

 

“Bu qələbə üçün canlarını fəda edən şəhidlərimizi yad edir, qazilərimizə təşəkkürümüzü bildiririk”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım