Modern.az

Bakıda Zəfər Günü konserti - FOTOLAR

Bakıda Zəfər Günü konserti - FOTOLAR

8 Noyabr 2023, 20:28

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda Dənizkənarı Milli Parkda Azərbaycanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə bayram konserti keçirilir.

 

Modern.az xəbər verir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində qazandığı Şanlı Qələbənin üçüncü ildönümü ölkəmizin hər yerində olduğu kimi, paxytaxtda da böyük sevinclə qeyd edilir.

 

Bayram tədbirinin keçirildiyi ərazi, mərkəzi küçələr və prospektlər, istirahət parkları Vətən müharibəsindəki Şanlı Zəfərin üçüncü ildönümü ilə əlaqədar bayramsayağı bəzədilib, Zəfərə həsr edilən plakatlar asılıb. Həmçinin prospekt və küçələrdəki binaların eyvanlarından ölkəmizin üçrəngli bayraqları dalğalanır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım