Modern.az

Hakan Fidan Qarabağdakı qələbədən YAZDI

Hakan Fidan Qarabağdakı qələbədən YAZDI

8 Noyabr 2023, 21:56

Türkiyənin xarici işlər naziri Hakan Fidan 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.

 

Modern.az xəbər verir ki, nazir bu barədə “X” platformasında paylaşım edib.


“Qələbənin üçüncü ildönümündə Qarabağ Azərbaycan bayrağı altında dinclik tapmağın sevincini yaşayır. 44 günlük dastanabənzər mübarizəni qələbə ilə taclandıran bütün qəhrəmanlarımızı və şəhidlərimizi rəhmətlə yad edirəm. Qarabağ Azərbaycandır!”, - deyə nazir əlavə edib.

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım