Modern.az

Erməni səfir Baronessa Koksa YALTAQLANDI

Erməni səfir Baronessa Koksa YALTAQLANDI

Aktual

9 Noyabr 2023, 09:57

Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts Böyük Britanıya parlamentinin Lordlar Palatasının ermənipərəst üzvü Karolina Ann Koksun (Baronessa Koks) rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb.

Modern.az xəbər verir ki, Ermənistanın ABŞ-dakı səfirliyinin məlumatına görə, görüşdə Cənubi Qafqaz regionundakı mövcud təhlükəsizlik və humanitar vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.


Səfir baronessanın onilliklər ərzində bütün dünyada apardığı humanitar və təbliğat işinə və xüsusilə müasir Ermənistan tarixinin ən çətin anlarında erməni xalqının yanında olduğuna görə minnətdarlığını bildirib.


Xatırladaq ki, Britaniyanın Lordlar Palatasının üzvü Baronessa Kerolayn Koks hər zaman Azərbaycana qarşı çıxışları ilə diqqət çəkib, erməniləri əsassız olaraq müdafiə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım