Modern.az

Faktiki hava: Xəzərdə dalğanın hündürlüyü 4 metrdir 

Faktiki hava: Xəzərdə dalğanın hündürlüyü 4 metrdir 

10 Noyabr 2023, 10:29

Noyabrın 10-u saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində güclü küləkli hava şəraiti müşahidə olunur. Hazırda Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 30 m/s-yə çatır. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrdir.

 

Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bölgələrdə də küləkli hava şəraiti müşahidə olunur. Naftalanda 26 m/s, Goranboyda 23 m/s, Gəncə, Şahdağda 20 m/s, Altıağac, Bərdə, Qobustanda 18 m/s, Tərtər, Şabran, Qubada 16 m/s-dək külək əsir.

 

Ölkə ərazisində müşahidə olunan güclü küləkli hava şəraiti bu gün axşam saatlarından tədricən zəifləyəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım