Modern.az

Ermənistanla Azərbaycan arasında tərəf tuta bilmərik - QARİBAŞVİLİ

Ermənistanla Azərbaycan arasında tərəf tuta bilmərik - QARİBAŞVİLİ

10 Noyabr 2023, 19:48

Gürcüstan Baş naziri İrakli Qaribaşvili Paris Sülh Forumunun panel müzakirəsində Ermənistan-Azərbaycan münaqişəsindən danışıb.

 

Modern.az xəbər verir ki, o, Gürcüstanın hər iki ölkə ilə də dostluq əlaqələrinə malik olduğunu, bu səbəbdən 100 faiz neytrallıq nümayiş etdirdiyini vurğulayıb.

 

"Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlıq əlaqələri, dostluq əlaqələri var, həmçinin qardaş Ermənistanla dostluq əlaqələrinə malikdir. Gürcüstan qərəzli ola bilməz, biz 100 faiz neytralıq və bu vəziyyətdə heç bir tərəfi tuta bilmərik. Dostum Nikol Paşinyan bu mövqeyi yaxşı bilir. Eyni şeyi dostum İlham Əliyev haqqında da deyə bilərəm", - Qaribaşvili deyib.

 

O, Gürcüstanın tərəfsizliyinin bütün region üçün vacib olduğunu qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım