Modern.az

İsrail XİN başçısı Makrona cavab verdi

İsrail XİN başçısı Makrona cavab verdi

Aktual

11 Noyabr 2023, 12:24

İsrailin xarici işlər naziri Eli Koen Fransa Prezidenti Emmanuel Makronun Qəzzada atəşkəslə bağlı çağırışına cavab verib.

 

Modern.az-ın xəbərinə görə, nazir “X” hesabında yazıb ki, bütün baş verənlərə, o cümlədən qırğına və Qəzza sakinlərinin iztirablarına görə məsuliyyəti HƏMAS və İŞİD daşıyır.

 

“HƏMAS və İŞİD Fələstinin ən böyük düşmənidir”, - E.Koen bildirib.

 

Nazir vurğulayıb ki, İsrail beynəlxalq hüquqa uyğun fəaliyyət göstərir: “Biz HƏMAS-la İŞİD-i məhv edənə və girovlarımızı geri qaytarana qədər işimizi davam etdirəcəyik”.

 

Qeyd edək ki, daha əvvəl E.Makron İsraili atəşkəsə çağırmışdı.

 

Xatırladaq ki, bu il oktyabrın 7-də İsraillə HƏMAS arasında müharibə başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu HƏMAS məhv edilənə qədər savaşın davam edəcəyini söyləyib.

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım