İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının və Bakı Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək.
Modern.az xəbər verir ki, "MİPS BAKI - III Praktik Kurs" - 23 noyabr, ”Minimal və Endo-Vizual Ginekologiya" - "Sərhədsiz Ginekologiya - VII Konfrans" 24-25 noyabr üçün qeydiyyat başlamışdır.
Aşağıdakı linkə keçid edərək qeydiyyat formunu doldura bilərsiniz.
(Konfrans və kursların proqram faylı qeydiyyat linkinin sonuna yerləşdirilib.)
Eyni zamanda aşağıdakı şəkillərdə QR kodu skan edərək qeydiyyat formuna və konfransın proqramına keçid edə bilərsiniz və ya linklərə keçid etmək üçün story bölməsinə baxın.