Modern.az

İsrail HƏMAS-ın 150-dən çox tunelini MƏHV ETDİ

İsrail HƏMAS-ın 150-dən çox tunelini MƏHV ETDİ

Aktual

12 Noyabr 2023, 10:04

İsrail ordusunun təmsilçisi, polkovnik-leytenant Conatan Konrikus bildirib ki, ölkənin müdafiə qüvvələri Fələstinin HƏMAS hərəkatının hərbi qanadının istifadə etdiyi 150-dən çox tuneli partladıb.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, HƏMAS silahlıları hücumlardan gizlənmək üçün tunellərdən istifadə edirlər. Konrikusun sözlərinə görə, ordu HƏMAS-ın tunelləri və yeraltı infrastrukturunun yerləşdirilməsi üçün işləri davam etdirir.

 

Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər tezdən Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı” elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin “müharibə vəziyyətinə” girdiyini bəyan edib. Əməliyyat “Dəmir qılınclar” adlandırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım