Modern.az

GUAM-dan Azərbaycana təbrik

GUAM-dan Azərbaycana təbrik

Aktual

12 Noyabr 2023, 13:53

Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM katibliyi Azərbaycan xalqını 12 Noyabr - Konstitusiya Günü münasibətilə təbrik edib.

 

Modern.az xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda deyilir:

 

“Azərbaycan Respublikasını Konstitusiya Günü münasibətilə təbrik edir və ən xoş arzularımızı çatdırırıq”.

 

Qeyd edək ki, GUAM Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən regional təşkilatdır. Qurum 10 oktyabr 1997-ci ildə yaradılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım